Azərbaycan İdeyası

Yemək stolunda qan töküldü

Tarix:10-08-2016, 12:43
Baxış Sayı:474

Yemək stolunda qan töküldü
Şəkidə 42 yaşlı kişi qonşusunun oğlu tərəfindən bıçaqlanıb. Criminal.az saytı APA-ya istinadla xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, avqustun 10-da saat 02 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1974-cü il təvəllüdlü Mais Hüseyn oğlu Tahirov sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Araşdırmalar nəticəsində məlum olub ki, M. Tahirov kəndin ərazisindəki yeməkxanaların birində qonşusu ilə yemək yeyərkən aralarında düşən mübahisə zəminində qonşusunun oğlu tərəfindən bıçaqlanıb. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumatda Mais Tahirovun bıçaqlanması faktı təsdiqlənib.

Hadisəni törədən şəxsin isə qaçıb gizləndiyi bildirilir. Faktla bağlı Şəki ŞRPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı