Azərbaycan İdeyası

Polisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralı

Tarix:19-08-2016, 12:26
Baxış Sayı:337

Polisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralı
Bərdədə ağır yol qəzasında 3 nəfər öldü, 6 nəfər yaralandı. Bərdədə 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Tərtər- Bərdə magistral yolunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bərdə istiqamətində yüksək sürətlə hərəkətdə olan “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi Tərtər istiqamətində hərəkətdə olan “Vaz-2106”, “Ford explorer” və digər minik maşını ilə toqquşub.

Qəzaya səbəb olan “Mersedes”in sürücüsü hadisə yerindən qaçıb. Hadisə zamanı “Vaz-2106” markalı minik maşınında olan Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayeva hadisə yerindəcə həyatını itirib. Həmin avtomobildə olan 37 yaşlı Müşfiq Cümşüdov, 55 yaşlı Rafael Məmmədov, 13 yaşlı Nuranə İsayeva və 3 yaşlı qız, digər minik maşınlarında olan 54 yaşlı Saleh Qasımov, 13 yaşlı Şahnaz Əlizadə, 16 yaşlı Sevil Şərifova ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 3 yaşlı körpə həkimlərin cəhdinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. (Region TV)

Qeyd edək ki, qəzanı törədən ''Mercedes''in sürücüsü hərbiçi olub. Onun yol polis tərəfindən təqib edildiyi bildirilir.

Polisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralı
Polisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralı
Polisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralı
Polisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralıPolisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralıPolisdən qaçan hərbiçinin törətdiyi qəza - 3 ölü, yaralı

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı