Azərbaycan İdeyası

Rövşəni sağ qolu öldürüb - “Qanuni oğru” adı almaq üçün

Tarix:6-09-2016, 10:55
Baxış Sayı:386

Rövşəni sağ qolu öldürüb - “Qanuni oğru” adı almaq üçün
Türkiyə mediası İstanbulda öldürülən “qanuni oğru” Rövşən Lənkəranskininn qatili ilə bağlı maraqlı məlumat yayıb.

Criminal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata görə, Rövşənin ölümü ilə bağlı planı, oteldəki toplantını onun sağ qolu olan Hacıbaba T. qurub. Otel çıxışı Hacıbaba Lənkəranskiyə hücum edən silahlı şəxslərə atəş açsa da, onları qəsdən vurmayıb. “Hadisə ilə əlaqəm yoxdur, mən də atəş açmışdım” desə də, bu ifadə polisə inandırıcı gəlməyib. Müşahidə kamerasındakı görüntülər də onun əleyhinə olub. Məhkəməyə çıxarılan şübhəli haqda həbs qərarı verilib.

Rus mafiyasının Lənkəranskini öldürəcəyi təqdirdə Hacıbabaya “qanuni oğru” statusu verəcəyi iddia edilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı Rövşənin qətli ilə bağlı 3 şahidin dindirildiyini yazmışdı. Daha sonra məlum olub ki, şahidlərdən biri, Hacıbaba T. polis tərəfindən axtarışda olub. Artıq şübhəli durumuna düşən Hacıbabanın 18 avqust 2013-cü ildə azərbaycanlı iş adamı Əli Həmidovun qətlində də şübhəli olduğu ortaya çıxıb. Həmin cinayətdə Lənkəranskinin də adı keçib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı