Azərbaycan İdeyası

Dünən toyda idi, bu gün yasıdır... - FOTO

Tarix:15-09-2016, 11:02
Baxış Sayı:314

Dünən toyda idi, bu gün yasıdır... - FOTO
Dünən saat 11 radələrində 1992-cı il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ələkbərov Rəhim Polad oğlunun Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişməsi haqda xəbər vermişdik. Criminal.az saytı xalqxeber-ə istinadla xəbər verir ki, onun Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Əliyevin səriştəsizliyi nəticəsində dünyasını dəyişdiyi deyilir. Səhər saatlarında Rəhim Ələkbərovun yüngül qızdırması olub və Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib.

Təcili Yardım Şöbəsində oranın baş həkimi Ramil Əliyev xəstəyə sistem qoyub və bundan sonra Rəhimin halı pisləşib. Az sonra isə o, dünyasını dəyişib. Adi qızdırma və üşütməyə görə öz ayağı ilə xəstəxanaya gələn 24 yaşlı gəncin həyatı məhv oldu. Hazırda mərhumun meydi ekspertiza edilir.

Onu da qeyd edək ki, mərhum Rəhim Ələkbərov dünən toy şənliyində olub, heç bir xəstəliyi yox idi. Atası Polad Ələkbərov onkoloji xəstədir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı