Azərbaycan İdeyası

Tbilisi-Bakı qatarında problem yarandı

Tarix:18-10-2016, 14:12
Baxış Sayı:311

Tbilisi-Bakı qatarında problem yarandı
“Tbilisidən Bakı istiqamətinə gələn qatar Zəyəm stansiyasına daxil olarkən, 3 vaqonunun təkər cütləri yerə düşüb”. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, hadisə nəticəsində vaqon aşmayıb

. “Qatar stansiyaya daxil olarkən sürətli olmayıb. Hazırda Gəncə bərpa qatarı vaqonların qaldırılması istiqamətində işlər həyata keçirir. Yolda isə hərəkət dayanmayıb. Bir yolla biz qatarların hərəkətini təmin edirik”, - deyə N.Əzməmədov əlavə edib.

Qurum sözçüsünün sözlərinə görə, hadisə nəticəsində zərər çəkən olmayıb, qrafikdə heç bir dəyişiklik baş verməyib: “Bakıya və Tbilisiyə gedən qatarlar vaxtında mənzil başına çatıb. 1-2 saatdan sonra ikinci yolu da açacağıq”.(APA)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı