Azərbaycan İdeyası

Yeni siyasi məhbus siyahısı açıqlandı

Tarix:18-10-2016, 14:16
Baxış Sayı:298

Yeni siyasi məhbus siyahısı açıqlandı
Hesabatda ümumulikdə 139 şəxs barədə məlumat verilir

“Azərbaycanda siyasi məhbus olaraq tanınmış şəxslərin sayı 94-dür. Onlardan 6-sı jurnalist, bloqçu, 2-si şair, yazar, 1-i hüquq müdafiəçisi, 5-i gənc fəal, 5-i siyasətçi, 61-ı inanclı fəal, 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş məhbuslardır. 11 şəxsi və digər kateqoriyalara aiddir”. Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə işçi qrupun oktyabrın 17-də açıqladığı hesabatda belə deyilir.

Hesabatda ümumilikdə 139 şəxs barədə məlumat verilir. İşçi Qrup 45 nəfəri potensial siyasi məhbus kimi tanıyır. Həmin şəxslərin işləri barədə sənədlərə çatanda çətinliklər olduğundan onların adları hesabatdakı “İşləri monitorinq altında olanlar” bölməsinə daxil edilib. İşçi Qrup vurğulayır ki, ölkədə siyasi məhbusların sayının əslində qat-qat çox olduğu qənaətindədirlər. “Lakin ölkədə hökm sürən repressiv mühit həbs olunan çox sayda insanları işlərinin ictimailəşdirilməsindən çəkindirir.

Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsidir”, deyə İşçi Qrup vurğulayır. İşçi Qrup ömürlük azadlıqdan məhrum edilən məhbuslarla bağlı məsələyə də ayrıca şərh verib. Qrup qeyd edir ki, 16 belə məhbusdan 1-i vəfat edib, digər 12 nəfərin siyasi məhbus olmadığı barədə Avropa Şurasının ekspertləri rəy veriblər. Yerdə qalan 3 nəfərin adı siyahıya daxil edilib.

Qrup siyasi məhbusların vahid siyahısının hazırlanmasında əsas məqsədin siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaq olduğunu qeyd edir. Siyasi məhbus təsnifləndirməsi apararkən İşçi Qrup Avropa Şurası Parlament Assambleyasının 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanıb.

Əsas meyarlar aşağıdakı kimidir: Əgər həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan hər hansı biri pozulmaqla həyata keçirilibsə, həbs edilən şəxs siyasi məhbus sayılır. Həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə, şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa, saxlanılan şəxs siyasi məhbus hesab edilir. Həbsin aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsi olmasıda siyasi məhbus sayılmaq üçün əsaslardandır

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir