Azərbaycan İdeyası

Rövşən Lənkəranskinin İtaliyada otelləri tapıldı - MAFİYA BİRLƏŞİR

Tarix:19-10-2016, 13:01
Baxış Sayı:255

Rövşən Lənkəranskinin İtaliyada otelləri tapıldı - MAFİYA BİRLƏŞİR
İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb. Criminal.az-ın “sputnik”ə istinadən məlumatına görə, polis Lənkəranskiyə aid iki otelin yerini müəyyənləşdirilib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” otelləri Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. Qanuni oğru bu otellərə üst-üstə 101 milyon avro pul ödəyib.

Məlumata görə, “Covo dei Saraceni” oteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adyıla tanınan Xamzat Qastamirovun xanımının, ikinci oteli isə Rövşən yaxın qohumlarından birinin adına keçirib. 2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən otellərdən başqa İtaliyada nəğd pulla aldığı restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.

Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək, İtaliya tərəfindən axtarışa verilmişdi. Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir.

Lənkəranskinin Berlində, Hamburq və Münhendə belə əmlakları var. Və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir. Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi.

Başqa bir məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi “Dyabolik”) və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.
Rövşən Lənkəranskinin İtaliyada otelləri tapıldı - MAFİYA BİRLƏŞİR
Rövşən Lənkəranskinin İtaliyada otelləri tapıldı - MAFİYA BİRLƏŞİR

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı