Azərbaycan İdeyası

Azərbaycanlı şəhidin 12 yaşlı qızını tualetdə zorladı

Tarix:19-10-2016, 13:02
Baxış Sayı:307

Azərbaycanlı şəhidin 12 yaşlı qızını tualetdə zorladı
Türkiyədə 12 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən Azərbaycan əsilli Gürcüstan vətəndaşı saxlanılıb. Turist kimi ölkəyə gələn Kamran Fərmanov şəhid polisin vyetnamlı həyat yoldaşından olan 12 yaşlı ögey qızına qarşı seksual xarakterli hərəkətlər etdiyinə görə qaldığı lüks oteldə yaxalanıb.

O, Diyarbəkirdə terrorçularla mübarizə aparan zaman şəhid olan polis Tansu Aydının 12 yaşlı ögey qızına İzmirdə yerləşən restoranlardan birində təcavüz edib. Belə ki, vyetnamlı ana Vu Yhuy Tuanvi 2 qızı və iki tanışı ilə birlikdə Alsancaqda yerləşən restoranlardan birində əyləşib. Bu zaman 12 yaşlı qızı restoranın yuxarı mərtəbəsində yerləşən tualetə gedib.

Uzun müddət gəlmədiyini görən anası onun arxasınca gedib və qızına təcavüz olunduğunu görüb. Lakin təcavüz edən şəxs həmin yerdən qaçmağa nail olub. Vyetnamlı qadın polisə gedərək şikayət edib. Restorandakı kameralar araşdırılıb və həmin şəxsin 25 yaşlı Azərbaycan əslilli Gürcüstan vətəndaşı Kamran Fərmanov olduğu müəyyən edilib.

Türkcə çətinliklə danışan bu şəxs Türkiyəyə 30 nəfərlik turist qrupunun tərkibində gəlib. Həmin şəxsin lüks otellərdən birində qaldığını müəyyən edən polis əməliyyat keçirərək onu həbs edib.(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib