Azərbaycan İdeyası

AMİP-ə ağır itki üz verib

Tarix:18-01-2017, 15:30
Baxış Sayı:350


Azərbaycan Milli İstiqlal Partiyasına ağır itki üz verib.
Partiyanın Şəki Şəhər Təşkilatının sədri Əbülfəz Bağırov qəflətən dünyasını dəyişib.  AMİP-ə ağır itki üz verib
Bu barədə Moderator.az-a partiyadan məlumat verilib.
Partiya rəhbərliyi Əbülfəz Bağırovun yaxınlarına dərin hüznlə başsağlığı verib.
Başsağlığında deyilir:
"Partiyanın Şəki Şəhər Təşkilatının sədri Əbülfəz Bağırov qəflətən dünyasını dəyişib. Ə.Bağırov kimi mübariz, vətənpərvər, əqidəli, xalqını və dövlətini sevən bir silahdaşımızın vəfatı hamımızı sarsıtdı və dərindən kədərləndirdi. O, ömrünün sonunadək daşıdığı ali ideyalara sadiq qalmış, Azərbaycanın müstəqilliyinə qovuşmasında, demokratik və hüquqi cəmiyyətin qurulması uğrunda aparılan mücadilələrin həmişə önündə olmuşdur.
Onun rəhbərlik etdiyi Şəki Şəhər Təşkilatı həm partiyada, həm də rayonda ən aktiv və mütəşəkkil təşkilatlardan biri olmuşdur. Ona yüksək etimad göstərilərək şəhər sakinləri bələdiyyəyə üzv seçmiş və həmişə də o, seçiciləri ilə birlikdə olmuş, bu etimadı doğrultmuşdur.
Çalışqanlığı, fədakarlığı, səmimiliyi ilə özünə böyük hörmət qazandıran Əbülfəz bəyin ən enerjili və müdriklik çağında vəfatı Azərbaycan ictimaiyyəti üçün də böyük itkidir. Bu itkinin yerini doldurmaq mümkün olmasa da, inanıram ki, onun yarımçıq qalmış arzularından olan çıçəklənən, bütöv, demokratik və firavan Azərbaycanda yaşamaq onun övladlarına və davamçılarına, qismət olacaq. Əbülfəz bəyin ruhu daima hörmətlə yad ediləcəkdir.
Bir daha Əbülfəz bəyin ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı veririr, Allahdan rəhmət eləsin deyirəm.

Etibar Məmmədov
AMİP Lideri,

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı