Azərbaycan İdeyası

Qəzada ölən İbrahimin son sözləri: "Bayramda atamın yanında olacağam"

Tarix:10-03-2017, 11:08
Baxış Sayı:628

 Qəzada ölən İbrahimin son sözləri: "Bayramda atamın yanında olacağam"


Dünən Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri - Sumqayıt Universitetinin tələbəsi İbrahim Nəsibovun cənazəsi Cəlilabad rayonuna aparılıb.
Korrupsiya və Qanun saytı yeniçağ.az-a istinadən bildirir ki, mərhumun qardaşı həyəcan keçirtdiyi üçün danışa bilmədiyini deyərək telefonu bibisinə verib.
İbrahim haqqında danışan bibisi dünən axşam onunla son dəfə görüşdüyünü deyib:
“1997-ci ildə doğulmuşdu. Qardaşımın belini bükdü, İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-nü, axır çərşənbəni sizinlə keçirəcəyəm, bayramı isə atamın yanında, rayonda olacağam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.
Bibisinin dediyinə görə, İbrahimin ölüm xəbərini atasına telefon vasitəsilə çatdırıblar:
“İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atasını yığıb deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirdib. Bu bəlanı ömür boyu unutmarıq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı