Azərbaycan İdeyası

Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - FOTO (YENİLƏNİB)

Tarix:29-03-2017, 13:26
Baxış Sayı:312

  Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - FOTO (YENİLƏNİB)

Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. Yanğınsöndürənlərin hadisə yerində olan APA müxbirinə verdiyi məlumata görə, yanğın iki mənzili əhatə edib. Yanğın baş verən mənzildə yanar konstruksiyalar və ev əşyaları təxminən 50 kv.m. sahədə yanıb. Yanğının keçdiyi qonşu mənzildə isə yanar konstruksiyalar və ev əşyaları təxminən 10 kv.m. sahədə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın zamanı yuxarı mərtəbələrdə yaşayan sakinlər mənzillərdən təxliyə olunub.

Hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
  Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - FOTO (YENİLƏNİB)
  Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - FOTO (YENİLƏNİB)

Hadisə ilə bağlı FHN əlavə məlumat verəcək.
Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.
Korrupsiya və Qanun saytının APA-ya istinadən verdiyi məlumata görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.
Korrupsiya və Qanun saytının FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək





OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı