Azərbaycan İdeyası

Dənizdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi

Tarix:7-04-2017, 11:34
Baxış Sayı:682

 Dənizdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi

Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin ötən il dekabrın 14-də N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçulması nəticəsində həlak olmuş neftçiyə məxsus olduğu təstiqlənib.
Korrupsiya və Qanun saytı Trend-ə istinadən xəbər verir ki, meyitin şəxsiyyəti müəyyənləşib. Müayinə nəticəsində meyitin hadisə zamanı itkin düşən neftçi - N.Nərimanov adına NQÇİ-nin operatoru olmuş Azay Zülfüqarova məxsus olduğu təsdiqlənib.
Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və orada müayinə olunub. Meyitin bu gün A.Zülfüqarovun ailəsinə təhvil veriləcəyi bildirilir.
Qeyd edək ki, ötən il dekabrın 14-də N.Nərimanov adına NQÇİ-nin dənizdəki estakadasının uçulması nəticəsində 10 nəfər neftçi itkin düşmüşdü. Baş vermiş qəza zamanı itkin düşən neftçilərdən 8-nin meyiti tapılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı