Azərbaycan İdeyası

Bakıda doğuş zamanı ana və övladı dünyasını dəyişib - YENİLƏNİB

Tarix:10-04-2017, 16:15
Baxış Sayı:648

 Bakıda doğuş zamanı ana və övladı dünyasını dəyişib - YENİLƏNİB

Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının doğum şöbəsində 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı hamiləliyinin 28-29-cu həftəliyində qanaxmadan dünyasını dəyişib.
Korrupsiya və Qanun saytı Oxu.Az a istinadla xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.
Birlikdən qeyd edilib ki, Şamaxının Quşlu kəndindən olan N.Orucova əməliyyatdan sonra - dünən dünyasını dəyişib. Mərhumun meyitinin ilkin müayinəsi artıq aparılıb. Ölümün dəqiq səbəbləri hələ bəlli olmasa da, N.Orucovada çoxsaylı patologiyaların olduğu – qaraçiyər çatışmazlığı, böyrək çatışmazlığı, HEC, DVC sindromları, preeklampsiyası, keysər kəsiyinin olduğu müəyyənləşdirilib. Mərhum qanaxmadan dünyasını dəyişib.
İlkin müayinə nəticələrinə görə, körpənin ölümünə səbəb ana bətnində uşağın ciftinin vaxtından əvvəl ayrılmasıdır. Uşaq elə ana bətnində olarkən ölüb. Xəstəni xilas etmək üçün keysər kəsiyi əməliyyatı ilə hamiləlik sona çatdırılsa da, xəstədə DVC sindromu və qanaxma başladığından qadının uşaqlığı da götürülüb.
Ölümün dəqiq səbəbləri isə tədqiqat üçün alınan materialların mikroskapik müayinəsi nəticəsində məlum olacaq. Bu müayinənin nəticələri 2-3 həftə ərzində məlum olacaq.

08:59

Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb.
Korrupsiya və Qanun saytı Report-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Doğum şöbəsində dünyasını dəyişib.
Ana eyni zamanda övladını da itirib. N.Orucovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Mərhumun yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edirlər.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI