Azərbaycan İdeyası

Qəbirdə qızıl axtaranlar tutuldu

Tarix:22-10-2015, 16:53
Baxış Sayı:516

Şəki polisinin əməkdaşları rayonun Baş Göynük kəndi ərazisində qədimi qəbirləri dağıdan şəxsləri saxlayıb. Məlum olub ki, saxlanılan şəxslər qızıl axtarmaq məqsədi ilə qəbiri dağıdıb.
""Korrupsiya və Qanun" qəzeti Region TV-yə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 oktyabr tarixində gecə saat 02:00 radələrində Şəki rayonu Baş Göynük kəndinin Duluz məhəlləsi ərazisində yerləşən qəbiristanlıqda 1827- ci ilə aid Hacı Abdurəhim adlı şəxsin qəbirinin dağıdılması aşkar olunub. Belə ki, Şəkinin Baş Göynük kənd sakinləri İsmayılov Məmməd Həmid oğlu və onun həmkəndlisi Abdurrahmanov Çingiz Abdurrahman oğlu adı çəkilən qəbiristanlıqda qədim günbəz formalı qəbir daşının ətrafında daşları dağıdıb, qəbir üzərində təhqiredici hərəkətlər edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər dindirilmə zamanı qəbirin dağıdılması sualına isə maraqlı cavab veriblər. Həmçinin onlar əməllərindən peşman olduqlarını bildiriblər: "4-5 dəqiqə ərzində tutdular bizi. Şübhələnmişdik, elə bildik ki, orada qızıl var. Peşiman olmuşuq".
Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı