Azərbaycan İdeyası

Yük maşınındakı taxtalar avtobusun üzərinə aşdı - Bakıda

Tarix:29-01-2018, 16:49
Baxış Sayı:315


Yük maşınındakı taxtalar avtobusun üzərinə aşdı - Bakıda
Bakıda marşrut avtobusu qəzaya düşüb.
Femida.az-ın məlumatına görə, hadisə bu gün Biləcəri qəsəbəsində qeydə alınıb. Yük maşınının qoşqusuna yığılmış taxta 91 saylı xətt üzrə hərəkətdə olan avtobusun üzərinə aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma şirkətinin nümayəndəsi Taleh Gülməmmədov APA-ya bildirib ki, qəzaya yük maşınının qoşqusundakı taxtanın marşrut avtobusunun üzərinə aşması səbəb olub: “Hadisə baş verən ərazidə məktəb və piyada keçidi var. Piyada keçidində avtobus sürətini azaldıb. Bu vaxt avtobusun sol tərəfi ilə hərəkət edən qoşqulu yük maşınına yığılmış taxta avtobusun üzərinə aşıb. Avtobus da yol kənarında duran minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə qəza anının video-görüntüsü də yayılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı