Azərbaycan İdeyası

Rusiyada narkotikə görə tutulan şəxs Azərbaycana ekstradisiya edildi, cəzası azaldıldı

Tarix:30-10-2015, 16:00
Baxış Sayı:373

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilən Natiq Əliyevin işinə baxılıb.
"Korrupsiya və anun" qəzetinə istinadən Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə (narkotik maddələrin qanunsuz dövriyyəsi) təqsirləndirildiyi bildirilib. O, həmin maddə ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasına Azərbaycanda çəkmək üçün müraciət edib və Azərbaycana ekstradisiya olunub.
Hakim Zeynal Ağayev Natiq Əliyevə verilən ittihamı qüvvədə saxlayıb. Onun cəzası Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda qanunsuz narkotik maddə) maddəsi ilə tənzimlənib. Cəzası 9 il 9 ay təyin olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı