Azərbaycan İdeyası

Şamaxıdakı zəlzələ ANI KAMERADA - Qorxunc GÖRÜNTÜLƏR - VİDEOLAR

Tarix:6-02-2019, 13:59
Baxış Sayı:237

 Şamaxıdakı zəlzələ ANI KAMERADA - Qorxunc GÖRÜNTÜLƏR - VİDEOLAR

Ötən gecə Şamaxıda baş vermiş zəlzələdən görüntülər yayılıb.
Korupsiya-q.az məlumatına görə, görüntülər Şamaxı şəhərində qeydə alınıb. Mağazalardan birinin müşahidə kameralarına düşən görüntülərdə rayon sakinlərinin təşviş içərisində oranı tərk etməsi görünür.
Kadrlardan görünür ki, sözügedən mağazaya xeyli miqdarda ziyan dəyib. Rəflərdə olan ərzaq və içkilər yerə dağılaraq yararsız hala düşüblər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bildirib ki, Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.


 Şamaxıdakı zəlzələ ANI KAMERADA - Qorxunc GÖRÜNTÜLƏR - VİDEOLAR

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı