Azərbaycan İdeyası

Həbsdə olan “Buta Palace”ın art direktoru barədə YENİ XƏBƏR

Tarix:27-02-2019, 16:07
Baxış Sayı:170


  Həbsdə olan “Buta Palace”ın art direktoru barədə YENİ XƏBƏR
Dekabrın 10-u 2018-ci ildə gecə saat 3 radələrində Bakının Nəsimi rayonunda həyat yoldaşı 1988-ci il təvəllüdlü Adelya Taxvelini qətlə yetirən Ramiz Pərviz oğlu Taxveli ilə bağlı yeni məlumatlar yayılıb.
Korrupsiya-q.az xəbər verir ki, Baku.vs-in əldə etdiyi məlumata əsasən hazırda Ramiz Taxveli Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırda onun səhhətində problem olmadığı deyilir.
Ölkəni silkələyən cinayət işilə bağlı hazırda istintaq aparılır. Onun yaxın vaxtlarda məhkəməsi baş tutacaq.
Qeyd edək ki, ötən ilin son ayında Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.
Ramiz Taxveli narkotik maddələrə aludəçi olduğu üçün sonradan onun səhhətində problemlər yarandığı bildirilib.
Xatırladaq ki, Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qohumudur. Ramiz Taxveli tərəfindən öldürülən Adelya Taxveli ilə də bağlı bəzi məqamlar üzə çıxıb.
Adelya 2013-cu ildən "Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq