Azərbaycan İdeyası

Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü - YENİLƏNDİ

Tarix:11-04-2019, 15:22
Baxış Sayı:227


Daxili İşlər Nazirliyi ötən gün baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb.
Korrupsiya-q.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 10-da saat 21 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində rayon sakini M.Mədətov idarə etdiyi “Cherry” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bundan başqa dünən saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Oqtay Abdurəhimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

*****

9:29

Dünən Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.
Korrupsiya-q.az xəbər verir ki, Şəki şəhər Osmanov küçəsində naməlum avtomobil 45-50 yaşlı kişini vurub. Hadisə gecə saat 23 radələrində baş verib və qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Oxşar hadisə dünən gecə Goranboy rayonunda da qeydə alınıb.
Bakı-Qazax magistralının Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində "Cherry” markalı avtomobil 40-45 yaşlı kişini vurub. Piyada hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı