Azərbaycan İdeyası

Mingəçevirdə iki övlad atası sevgilisini ürəyindən vurdu - YENİLƏNİB

Tarix:5-11-2015, 15:27
Baxış Sayı:451

İki övlad atası qeyri-rəsmi münasibətdə olduğu qadını öldürüb.
Mingəçevirdə ictimaiyyətin gözü qarşısında qətl hadisəsi törədilib."Korrupsiya və Qanun" qəzeti El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, yeraltı keçidin qarşısında baş verib. Ağdam rayonunun Nəmərli kənd sakini, 1989-ci il təvəllüdlü Pərviz İsrafil oğlu Vəliyev Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Yeganə Fəxrəddin qızı Mustafayevanı bıçaqlayaraq qətlə yetirib. Pərviz Vəliyev insanların gözü qarşısında Yeganə Mustafayevanın ürək nahiyəsinə zərbə endirib. Ağır yaralanan qadın yaxınlıqda olan insanların köməyi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törədən Pərviz Vəliyev könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gəlib.
İlkin məlumata görə, taksi sürücüsü olan Pərviz Vəliyev ailəlidir, 2 övladı var. Yeganə Mustafayeva ilə qeyri-rəsmi münasibətdə olub. Bu münasibətlərin Pərviz Vəliyevin ailəsində problem yaradacağı ilə əlaqədar aralarında gərginlik yaranıb. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

----------

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı