Azərbaycan İdeyası

Bakıda dəhşətli qəzaya düşən təcili yardım maşını hansı xəstəxananındır? - VİDEO

Tarix:14-05-2019, 15:35
Baxış Sayı:175



Dünən saat 13 radələrində Qaradağ rayonunda təcili tibbi yardım avtomobilinin düşdüyü dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Ələt qəsəbəsi yaxınlığında sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılan "Mercedes" markalındə təcili yardım avtomobili Səhiyyə Nazirliyi Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olub. avtomobildə olan şəxslərin hamısı həmin mərkəzin işçiləri olub. Onlar ərazidən Lökbatandakı iş yerlərinə qayıdırmış.

Qəza zamanı hadisəni törədən mərkəzin sürücüsü demək olar ki, ciddi xəsarət almayıb. Lakin mərkəzin əməkdaşları 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Yaralılar arasında Sibel Məmmədlinin vəziyyətinin çox ağır olduğu, həkimlərin onu həyatda saxlamaq üçün çalışdığı bildirilir. Belə ki, hadisədə 24 yaşlı Sibelin hər iki ayağı bud nahiyədən qırılıb. Onda həmçinin açıq kəll-beyin travması diaqnozu, daxili orqanların zədələnməsi və digər birləşmiş travmalar təyin edilib.

*****

13 may 13:30

Bir neçə dəqiqə əvvəl Bakı-Qazax magistral yolunun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxt istiqamətində hərəkət edən Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili sürətlə yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində xidməti avtomobildə olan tibb bacıları və həkim ağır xəsarət alıb.

Hadisə yerindən keçən başqa avtomobillərdəki insanlar düşərək yaralılara kömək etməyə çalışıb. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı