Azərbaycan İdeyası

Azərbaycanda dəhşətli hadisədə ölən 4 nəfərdən biri tələbə olub - FOTO/YENİLƏNDİ

Tarix:23-05-2019, 12:54
Baxış Sayı:275



Bu gün Neftçala rayonunda baş vermiş qəzada dünyasını dəyişən 4 nəfərdən biri tələbə olub.
Korrupsiya-q.az Trend-ə istinadən xəbər verir ki, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində ölən 4 nəfərdən biri Yardımlı rayonu, Kürəkçi kənd sakini 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu tələbə olub. O, Azərbaycan Texniki Universitetinin 4-cü kursunda təhsil alırdı.
Bir neçə gün əvvəl ona hərbi xidmətə çağırış vərəqəsi gəlib. Cavid Yaqubov da buna görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.
Xatırladaq ki, Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

*****

10:56

Bu gün sübh saatlarında Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən 85-ci kilometrliyində baş verən dəhşətli qəzada ölən 4 nəfərin kimliyi müəyyənləşib.
Korrupsiya-q.az xəbər verir ki, “Ford Transit” markalı mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin hamısı Yardımlı rayon sakinləridir.
Hadisə nəticəsində ağır xəsarət alan 2 nəfər: 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı xəstəxanasına yerləşdirlib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

08:00

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır (Report).

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib