Azərbaycan İdeyası

Bakıda iki şagirdi vuran yük maşınının sürücü tutuldu - RƏSMİ

Tarix:11-12-2019, 11:30
Baxış Sayı:121




Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda gənc oğlan və qızın yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.

Korrupsiya-q.az- Oxu.Az-ın məlumatına görə bildirir ki, dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “KamAZ 53212” markalı, 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.

T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama