Azərbaycan İdeyası

Cəbhədə son vəziyyət: Düşmən geri çəkilməyə məcbur edilir

Tarix:6-10-2020, 15:32
Baxış Sayı:97



Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlüyün ordumuzun tərəfində olduğunu bildirib.
Korrupsiya-q.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, V.Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Ordumuzun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumatın yalan olduğunu, heç bir əsası olmadığını vurğulayıb.
V.Dərgahlı qeyd edib ki, bu, növbəti dezinformasiyadır.
"Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu, danılmaz bir faktdır.
Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir.
Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır", - deyə V.Dərgahlı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı