Azərbaycan İdeyası

Şəhidimiz dəfn edildi

Tarix:4-02-2016, 17:06
Baxış Sayı:374

Şəhidimiz dəfn edildi



Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində Yevlax şəhərindən olan hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Məlumata əsasən bu gün İmran Mirzəyevin nəşi doğulduğu Yevlax şəhəri Aran qəsəbəsinə gətirilib və ailə üzvlərinə təhvil verilib.
Saat 12.00-da şəhidlə vida mərasimi keçirilib və ailə üzvlərinin, şəhər ictimaiyyətinin iştirakı ilə dəfn olunub. Mərasimdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Müdafiə Nazirliyinin əməkdaşları, Yevlax hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin əsgər yoldaşları iştirak ediblər.
Onu da əlavə edək ki, Mirzəyev İmran Xudaverdi oğlu 1996-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olub. 2014-cü ilin oktyabr ayında Yevlax şəhər Hərbi komissarlığından hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi, Yevlax şəhər İcra Hakimiyyəti başçısı şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib. (lent.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı