Azərbaycan İdeyası

Türkiyə ordusu PKK-nı şəhərlərdə məğlubiyyətə uğratdı

Tarix:4-06-2016, 15:47
Baxış Sayı:264

Terror təşkilatı bir neçə il ərzində yerləşdiyi şəhərlərdə cəmi bir neçə ay tab gətirə bildi, indi isə dağlara qaçır
 Türkiyə ordusu PKK-nı şəhərlərdə məğlubiyyətə uğratdı
Türkiyə ordusu və təhlükəsizlik qüvvələri daha iki bölgədə antiterror əməliyyatlarını başa çatdırıb. Yerli media Mardin vilayətinin Nusaybin rayonunda bu il martın 14-də başladılan “Atmaca-7” əməliyyatının 82 gün davam etdikdən sonra başa çatdığını yazır.
Əməliyyatın gedişində 496 PKK terrorçusu öldürülüb, 508 barrikada ləğv edilib, 52 çuxur doldurulub və 258 ədəd əldə düzəldilmiş partlayıcı məhv edilib. Təslim olan 75 PKK terrorçusundan 72-si həbs olunub, 3-ü isə müalicə olunur.
 Türkiyə ordusu PKK-nı şəhərlərdə məğlubiyyətə uğratdı
Əməliyyatların gedişində 70 təhlükəsizlik qüvvəsi əməkdaşı şəhid olub. 837 nəfər yerli sakin isə təhlükəsiz bölgəyə köçürülüb. Rayonda elan edilmiş komendant saatı hələ bir müddət davam edəcək. Hazırda hökumət qüvvələri təmizlənmiş bölgədə axtarış-əməliyyat tədbirləri, minaların təmizlənməsi fəaliyyətlərini davam etdirir.

Şırnak vilayətinin eyni adlı mərkəzində bu ilin martın başladılan “Şəhid jandarma baş leytenantı Mehmet Çiftçi” adı verilmiş antiterror əməliyyatı da başa çatıb. Əməliyyatlar nəticəsində 489 PKK terrorçusu məhv edilib, 202 barrikada və 56 çuxur ləğv edilib. 51 ton ağırlığında 510 ədəd əldəqayırma partladıcı məhv edilib. Ümumilikdə 4131 evdə axtarış əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyatlarda 22 təhlükəsizlik qüvvələri əməkdaşı şəhid olub, 163 nəfər isə yaralanıb.
Qeyd edək ki, Türkiyə dövləti ötən ilin sonlarında ölkənin cənub-şərq bölgələrində PKK terrorçu qruplarına qarşı antiterror əməliyyatlarına başlayıb. 2013-cü ildə PKK hökumətlə atəşkəsə gedəndən sonra ölkənin cənub-şərq rayonlarında gizli şəkildə silahlanma həyata keçirib, bölgənin şəhər və qəsəbələrində silah anbarları, barrikadalar düzəldib, yollara minalar döşəyib. Eyni zamanda PKK bu ərazilərdə gizli şəkildə olsa da, öz hakimiyyətini qurmağa çalışıb, terrorçuların “məhkəmə” orqanları, idarə strukturları yaranıb. Məhz bu vəziyyət dövlət orqanlarını PKK-ya qarşı geniş miqyaslı əməliyyatlara vadar edib. Nəticədə qış aylarında bütövlükdə cənub-şərq vilayətlərinin əsas yaşayış məntəqələrini əhatə edən geniş antiterror əməliyyatı başlayıb.
 Türkiyə ordusu PKK-nı şəhərlərdə məğlubiyyətə uğratdı
Bundan öncə mart ayında Diyarbəkir vilayətinin Sur rayonunda antiterror əməliyyatı başa çatıb. Əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib. Eyni zamanda yenə fevral ayında Şırnak vilayətinin Cizre rayonunda PKK-ya qarşı terror əməliyyatları başa çatdırıb. 2015-ci il dekabrın 14-dən davam edən antiterror əməliyyatlarında Türkiyə təhlükəsizlik qüvvələri 24 nəfər şəhid verib. Əməliyyat zamanı 300 xəndək və 700 barrikada dağıdılıb, 600-dən artıq PKK terrorçusu məhv edilib.

Beləliklə, son məlumatları da əlavə etsək, artıq Türkiyənin cənub-şərq vilayətlərində PKK-nın güclü olduğu əsas mərkəzlərin təmizləndiyini deyə bilərik. Çünki PKK daha əvvəl də əsasən məhv Şırnak, Cizrə, Sur və Nusaybin kimi ərazilərdə daha güclü hesab olunurdu. İndi isə Türkiyə təhlükəsizlik qüvvələri PKK-nın, belə demək olarsa, “qalalarını” ələ keçirib. Ancaq hələlik əməliyyatın tam başa çatdığını da demək olmaz, yəqin ki, proses hələ davam edəcək.
 Türkiyə ordusu PKK-nı şəhərlərdə məğlubiyyətə uğratdı
PKK-nın Türkiyə hökuməti ilə anlaşmadan istifadə edərək cənub-şərq bölgələrində nəzarəti ələ keçirməsi planı pozuldu. Terror təşkilatı regionda yaranmış şəraitdən istifadə edərək Türkiyəni küncə sıxışdırmağa, bölgədə təsir gücünü daha da artırmağa və hətta bölgəyə ən azından, muxtar status almağa çalışırdı. Ən əsası isə PKK liderləri hökumətin cənub-şərq bölgələrində başladacağı antiterror əməliyyatlarının bölgə xalqında qəzəb doğuracağı və kütləvi etiraza səbəb olacağını planlayırdılar. Ancaq gözlənildiyinin əksinə olaraq yerli xalq PKK-ya dəstək vermədi. Nəticədə terror təşkilatı ordu və polis qüvvələri qarşısında marginal silahlı qrup olaraq uzun müddət tab gətirə bilmədilər.
 Türkiyə ordusu PKK-nı şəhərlərdə məğlubiyyətə uğratdı
Hazırda Türkiyə silahlı qüvvələri daha çox sərhəd bölgələrini nəzarətə almaqla PKK-nın İraq və Suriya ilə bağlantılarını qoparmağa çalışır. Ancaq bu əməliyyatlar dağlarda getdiyi üçün daha yorucu və uzun zaman tələb edəcək. Bu isə daha çox 90-cı illərin taktikasının təkrarlanması olacaq. PKK silahlıları dağlarda yenidən kiçik qruplar halında fəaliyyət göstərməyə çalışacaqlar. Ancaq istənilən halda PKK-nın şəhərlərə enərək kütləvi etiraz təşkil etməsi planı baş tutmadı, böyük məğlubiyyətə uğradı.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə