Azərbaycan İdeyası

Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib

Tarix:8-02-2017, 16:02
Baxış Sayı:552


 Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib



Şəhid əsgər Çingiz Qurbanovun meyitinin qaytarılmasında iştirak edən erməni hərbçilərindən biri huşunu itirib və yerə yıxılıb. Yəqin ki, həmin zabit aprel döyüşlərinin iştirakçısı olaraq Azərbaycan Ordusunun qüdrətini görüb, elə buna görə özündən gedib.
Korrupsiya və Qanun saytı "Xəzər TV"yə istinadən xəbər verir ki, bu sözlərlə sosial şəbəkələrdən birində status yazan millət vəkili Aydın Mirzəzadə hadisənin elə Ermənistanın real vəziyyətinə dəlalət etdiyinə diqqət çəkir.

Millət vəkili, Çingiz Qurbanovun meyitinin düşməndən alınmasının Ermənistan tərəfində ciddi narahatlıq yaratdığı və bununla da Ermənistanın Azərbaycanı şantaj etmək planının baş tutmadığını vurğulayıb. Şəhid əsgərimizin nəşinin qaytarılması Ermənistan ictimaiyyətində də rəsmi İrəvanın geriyə atılmış addımı kimi dəyərləndirilib.

Aydın Mirzəzadənin fikrincə, Çingiz Qurbanovun nəşinin alınmasında dövlətin göstərdiyi qətiyyət onu göstərir ki, Azərbaycan hər bir vətəndaşına sonuna qədər sahib çıxır və işğal altında olan torpaqların bir qarışını belə düşmən tapdağında qoymayacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı