Azərbaycan İdeyası

Ordumuzun düşməni məhv etdiyi AN - İrəvanın gizlətdiyi İTKİLƏR - VİDEO

Tarix:18-05-2017, 11:12
Baxış Sayı:367

Ordumuzun düşməni məhv etdiyi AN - İrəvanın gizlətdiyi İTKİLƏR - VİDEO

Ermənistan Azərbaycanın raket zərbəsi ilə məhv edilən "OSA” zenit-raket kompleksində şəxsi heyətin də məhv edilməsi faktını gizlədir.
Korrupsiya və Qanun saytı Aktual.az-a istinad olaraq xəbər ki, bu barədə erməni jurnalist Tevos Arşakyan yazıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ordusu Ermənistana məxsus "OSA” zenit-raket kompleksini məhv edib. Ermənistan tərəfi raket kompleksinin vurulduğunu təsdiq etsə də, heç bir itki vermədiklərini açıqlayıb.
Lakin erməni jurnalist İrəvanın yalan danışdığını deyir.
"Azərbaycanın zərbəsindən sonra bizim hərbiçilər susdu. Belə təəssürat yaranır ki, rəhbərlik susmaq əmri verib. Məqsəd əhalidə qorxu atmosferinin yaranmamasıdır. Lakin susmağın əsas səbəbi təkcə zenit-raket kompleksinin deyil, kompleksi idarə edən şəxsi heyətin də məhv olunmasıdır. Azərbaycan tərəfinin yaydığı videodan aydın görünür ki, raket kompleksi tamamilə məhv edilib. Bunu Ermənistan tərəfi də təsdiq etdi. Bəs raket kompleksinin içindəki hərbiçilərin taleyi necə oldu? Axı zərbə o qədər güclü oldu ki, onların xilas olması mümkünsüzdür. Görünür, Ermənistanın siyasi və hərbi rəhbərliyi dəhşətli nəticələri açmamaq qərarı verib. Lakin anlamırlar ki, informasiya texnologiyasının inkişaf etdiyi əsrdə nəyisə ictimaiyyətdən gizlətmək mümkün deyil. Artıq raket kompleksi ilə birlikdə ekipaj üzvlərinin də öldüyü şübhəsizdir”, - deyə erməni jurnalist yazıb.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı