Azərbaycan İdeyası

Cəbrayılda erməni əsgərin güllələnməsinə görə komandir və bir əsgər həbs olundu

Tarix:4-08-2017, 14:14
Baxış Sayı:556

 Cəbrayılda erməni əsgərin güllələnməsinə görə komandir və bir əsgər həbs olundu

Azərbaycanın işğal altında olan Cəbrayıl rayonundakı erməni postlarından birində bu ilin fevralında erməni əsgərin güllələnməsi ilə bağlı yeni məlumatlar yayılıb. Moderator.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əsgər Lernik Osyanın ölümünə görə onun xidmət yoldaşı və komandiri həbs olunub. Bu barədə Lernik Osyanın anası Susanna Osyan bildirib.
“Həbs olunan əsgər günahını etiraf etmir, ancaq qətl baş verib. Mən tutulanların adlarını bilmirəm”-o deyib. Qadının bildirdiyinə görə fevralın 17-nə keçən gecə hansısa mübahisə olub, bu zaman Lernikin xidmət yoldaşı onun öz avtomatı ilə əsgərə atəş açıb. Ermənistan Müdafiə Naziri isə əsgərin “ehtiyatsızlıqdan özünə atəş açdığını” açıqlamışdı.
Lernik Osyan Ermənistanın Lori vilayətinin Odzun kəndindəndir, onun ailəsi yarıuçuq evdə, ayda cəmi 62 dollara ağır sosial vəziyyətdə yaşayır. Lernik ailənin yeganə övladı olub.
Qeyd edək ki, Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində yerləşən hissələrində tez-tez əsgərlər arasında ölümlə nəticələnən insidentlər olur. Ermənistan Müdafiə Nazirliyi belə hadisələrin çoxunu gizlədir, yaxud “ehtiyatsızlıqdan baş vermiş hadisə” kimi təqdim edir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı