Azərbaycan İdeyası

Qarabağ döyüşçüsü vəfat etdi

Tarix:16-02-2018, 15:14
Baxış Sayı:283

 Qarabağ döyüşçüsü vəfat etdi

Qarabağ döyüşlərinin ilk könüllülərindən Eynulla Hüseynov dünyasını dəyişib.
Bu barədə məlumatı döyüşçünün dostu, jurnalist Elnur Eltürk verib.
“Dünən Qarabağ döyüşlərinin iştirakçısı,dostum Xanoğlan Heydərov məlumatı mənə verəndə çox pis oldum. Onu tanıyanda 16 yaşım var idi. Eynulla vətənpərvər insan idi. 22 yaşında döyüşlərə atılmışdı. Döyüş yolundan çox danışmazdı. Çox mərd və təvəzökar insan idi.
Ağdərə,Füzuli,Laçın istiqamətlərində ağır döyüş yolu keçmişdi. İlk və sonuncu komandiri Azərbaycanın Milli Qəhrəmanı,polkovnik mərhum Eldar Ağayev olmuşdur. Həmişə ondan çox danışardı. Müharibədən aldığı zərbələr öz işini gördü. Çox heyif ki, belə oğullarımızı tez itiririk”.
Qeyd edək ki,mərhum Göyçay rayonunda dəfn edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı