Azərbaycan İdeyası

MN: “Cəbhədə 8 erməni öldürüldü”

Tarix:2-11-2015, 11:09
Baxış Sayı:449

Bu ilin oktyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 695 dəfə pozub.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məkumata görə APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan da istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.
Oktyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətdə atəşkəsin 200 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (153 dəfə).
Qarabağ cəbhəsi üzrə oktyabrda Tərtər rayonu istiqamətində atəşkəs 72, Xocavənd rayonu istiqamətində 62, Cəbrayıl rayonu istiqamətində isə 55 dəfə pozulub.
Erməni silahlı bölmələri atəşkəsi Goranboy rayonu istiqamətində 90, Tovuz istiqamətində 9, Gədəbəy rayonu istiqamətində 14, Qazax rayonu istiqamətində 25, Göygöl rayonu istiqamətində 13, Ağstafa rayonu istiqamətində isə 2 dəfə pozub.
Ötən ay qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb, vurduğu zərbələrlə qarşı tərəfin ümumilikdə 8 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı olub.
Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb.
Qeyd edək ki, sentyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 828 dəfə pozmuşdu.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı