Azərbaycan İdeyası

“Hər dəfə işğal günündə Ağdamın qarşısında xəcalət çəkirəm”

Tarix:23-07-2018, 12:39
Baxış Sayı:231

 “Hər dəfə işğal günündə Ağdamın qarşısında xəcalət çəkirəm”


“Evini satıb ordunun yaranmasına xərcləyən şəhidlərimizin ruhu bizim Ağdama qayıtmağımızı gözləyir”
Bu gün Azərbaycanımızın dilbər güşələrindən biri Ağdamın işğal günüdür. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildi.
Ağdam Birinci Könüllü Ərazi Özünümüdafiə batalyonunun döyüşçüsü, Respublika Vətən Müharibəsi İctimai Birliyinin sədri, birinci qrup Qarabağ qazisi Firudin Məmmədov Moderator.az-a açıqlamasında çox sarsıntı keçirdiyini bildirib:
“Ağdamın işğalından 25 il ötür. Bu bir əsrin dörddə bir hissəsidir. Bu qədər vaxt ərzində torpaqlarımızın qaytarılmaması özü hər şeyi deyir. İşğal olunmuş rayonlar arasında ən çox Ağdam şəhid verib. Həm canımız, həm də torpağımız gedib. Hər dəfə işğal günündə Ağdamın qarşısında xəcalət çəkirəm. Ağdamı niyə qaytara bilmirik?-sualının açmasını hələ də bilmirəm. Bu gün ordumuz çox böyük gücə malikdir. Bunu ölkə başçısı da, müdafiə naziri də təsdiq edir. Amma çox təəssüflər olsun ki, hələ də biz nəyi gözləyirik, bilmirəm. Ermənilərdən zəif olsaydıq, torpaqlarımızın işğalı bu qədər bizə təsir etməzdi. Ağdamı işğaldan azad etmək üçün hələ də xəyallarımızda partizan dəstələri yaradırıq. Döyüşçü yoldaşlarla söhbətlər edib, təəssüflənirik. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Torpaqların müdafiəsi zamanı Rusiyada evini satıb gəlib ordunun yaranmasına xərcləyən şəhidlərimiz var. Hamısının ruhu bizim Ağdama qayıtmağımızı gözləyir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı