Azərbaycan İdeyası

Paşinyandan Qarabağla bağlı SENSASİON SÖZLƏR - Hər şeyi ETİRAF ETDİ

Tarix:21-05-2019, 13:35
Baxış Sayı:193


“Ermənistanın baş naziri Nikol Paşinyan son 2 gündə müxtəlif açıqlamalar verib, eks-prezident Robert Köçəryanın həbsdən azad olunması ona yaman toxunub. Ancaq Paşinyanın ən diqqət çəkən açıqlaması 2016-cı ilin aprel döyüşləri ilə bağlıdır. O deyib ki, parlament 2016-cı ilin aprel hadisələrini araşdıran komissiya yaratmalıdır”.
Korrupsiya-q.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Nikol Paşinyanın bu fikirləri ilə aprel müharibəsinə görə Qarabağ klanının məsuliyyət daşıdığına eyham vurur: “Komissiya yaradılacaqsa, o döyüşlərdə ermənilərin itkilərinə də ilk dəfə aydınlıq gətirmək məcburiyyətindədir.
Hardan baxsaq, Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir. Biz də deyirdik ki, erməni separatçıları 2016-cı ilin aprelində təxribat törədiblər və Azərbaycan Ordusu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirib. İndi Paşinyan da deyir ki, Qarabağ klanı onun mövqelərini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisinə şərait yaradır ki, xalqın gözündə Baş nazirin reytinqi aşağı düşsün. Bu cümlə də göstərir ki, Paşinyan cəbhə bölgəsində indiyə qədər atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir”.
E.Şahinoğlu bildirir ki, bu cür fürsət düşmüşkən Azərbaycan XİN-nin bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı