Azərbaycan İdeyası

Kəlbəcərdəki ermənilər müharibəyə yox, “prezident seçki”lərinə hazırlaşır...

Tarix:22-05-2019, 13:40
Baxış Sayı:187


Arxayındırlar ki, biz ancaq sözdə asıb-kəsirik...

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçmiş “baş naziri” sayılan Araik Arutyunyan ad-soyadlı adamabənzər məxluq dünən- mayın 21-də Kəlbəcər rayon mərkəzində olub.
Korrupsiya-q.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Hazırda “Azad vətən” partiyasının sədri olan A.Arutyunyan Kəlbəcərdəki ermənilərlə görüşə 2020-ci ildə nəzərdə tutulan və belə getsə, reallaşdırılacaq “prezident seçkiləri”nə hazırlıq məqsədi ilə gəlib. “Seçki”lərdə namizədliyini irəli sürməyi qərara almış separatçı məmur özünün rejim başında olduğu son 10 ildə əldə edilmiş “uğurlar”dan danışıb. O, xüsusilə, Dağlıq Qarabağ və Kəlbəcəri Ermənistanla birləşdirən yeni Ağdərə-Basarkeçər yolundan və rayon ərazisində kiçik su elektrik stansiyalarının tikintisindən danışıb.
P.S. Kəlbəcərdəki erməni “seçici”lərlə görüşdə Azərbaycan tərəfdən müharibə təhlükəsi haqda bir kəlmə də danışılmayıb. Görünür, bizim fərasətimizə yaxşı bələddirlər. Bilirlər və arxayındırlar ki, biz 25 ildir, yarımçıq saxlanılmış Aprel döyüşünü çıxmaq şərti ilə ancaq sözdə asıb-kəsirik və hələ də lazımı gözləyirik... Odur ki, arxayınca “seçki”lərə hazırlaşırlar...

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı