Azərbaycan İdeyası

Zakir Həsənov: "Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər".

Tarix:18-06-2019, 15:58
Baxış Sayı:163

İyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.
Mərkəz haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.
Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlər, döyüş tapşırıqlarının tədrisi nəzərdə tutulub.
Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərini izləyib.
Sonda general-polkovnik Z.Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir: "Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var. Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub".
Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.
Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib: "Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər".
Nazir Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparıldığını, texniki məsələlərin həll olunduğunu bildirib: "Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir"

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı