Azərbaycan İdeyası

"Real Madrid"də bir dövrün sonu: Əfsanəvi kapitan komanda ilə vidalaşır

Tarix:18-05-2026, 09:30
Baxış Sayı:12


"Real Madrid" klubunun müdafiəçisi Daniel Karvaxal komandanı tərk edir.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı cinah müdafiəçisinin Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.

Bəyanatda vurğulanır: "Real Madrid" klubu Daniel Karvaxala və onun ailəsinə həyatının yeni mərhələsində ən xoş arzularını bildirir".

Qeyd edək ki, Karvaxal Madrid "Real"ının öz yetirməsidir. "Kral Klubu"nun hazırkı kapitanı 2013-cü ilin yayından etibarən komandanın şərəfini qoruyub. Cari mövsümdə futbolçu bütün turnirlərdə ümumilikdə 22 oyunda meydana çıxıb. O, "Real"ın forması ilə 450 matçda meydana çıxıb, 14 qolla yadda qalıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı