Azərbaycan İdeyası

..Dünyanın diqqəti Bakıda! Bu gün Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək

Tarix:29-05-2019, 10:25
Baxış Sayı:215


Bu gün Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək.
Korrupsiya-q.az bildirir ki, Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən "Çelsi" və "Arsenal" klublarının görüşünü izləyəcəklər.
Yerli vaxtla saat 23:00-da başlayacaq final qarşılaşması hər kəsi futbol bayramı ətrafında birləşdirəcək.
Yarışla əlaqədar bir sıra dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. "Bakı Metropoliteni"nin stansiyaları da futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ilin mayında futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı