Azərbaycan İdeyası

"Sürprizlərə hazır olmalıyıq" - Qurban Qurbanov

Tarix:10-07-2019, 11:00
Baxış Sayı:187

KORRUPSİYA-Q.AZ

"Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Onu da bilirik ki, rəqibə yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq".

Unikal.org xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Partizani" ilə keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu mərhələdə uduzmağı komandası üçün faciə saymaq düzgün deyil: "Dünya futbolunda hər şey ola bilər. Önəmlisi səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Biz burada qələbə istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar".

Oyun günü gözlənilən isti hava şəraitini düşünmədiklərini vurğulayan baş məşqçi hər cür hava şəraitinə hazır olmalarının vacibliyini dilə gətirib. Onun sözlərinə görə, əsas iş tam konsantrasiya olmaq və oyun intizamını saxlamaqdır.

Baş məşqçi "Qarabağ"dan ayrılan Ansi Aqollinin təkcə komandadan yox, ailədən getdiyini də vurğulayıb: "Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".

Qeyd edək ki, iyulun 10-da Tiranada keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı