Azərbaycan İdeyası

Poçt şöbələrində də birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir

Tarix:1-05-2020, 11:28
Baxış Sayı:165


İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin poçt şöbələrində də gündəlik davam edir. Nazirlikdən "OLAYLAR"-a verilən xəbərə görə, birdəfəlik ödəmə vəsaiti köçürülərkən vətəndaşlara bu barədə SMS göndərilir. Onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt" MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.
Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunması məqsədilə Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərir.
Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı "Şəbəkə" xidmət mərkəzləri də eyni iş rejimində çalışır.
Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı