Azərbaycan İdeyası

Pensiya alanlara ŞAD xəbər:Mümkün olacaq...

Tarix:19-05-2020, 10:41
Baxış Sayı:136


Yeni qanun layihəsində təqaüdçülərin maraqları nəzərə alınmaqla, istisna olmadan onların əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, təqaüdçülərin yaşa görə pensiya növündən əlilliklə bağlı növünə keçirilməsi məhdudlaşdırılıb.
Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər bir təqaüdçü öz seçiminə uyğun olaraq, hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.
Həmin şəxsin ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla, onun digər pensiya növünə keçirilməsi və həmin təqaüdün hesablanaraq təyin edilməsi təmin olunacaq.(Oxu.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı