Azərbaycan İdeyası

"İyun ayında da 190 manat verilsin" - Milli Məclisdə TƏKLİF

Tarix:31-05-2020, 14:16
Baxış Sayı:103


Milli Məclisin plenar iclasında çıxış edən deputat Əli Məsimli vətəndaşların sosial vəziyyəti ilə bağlı təkliflərini səsləndirdi. “Təklif edirəm ki, aidiyyatı qurumlar aprel və may ayları üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”-Ə.Məsimli bidlirdi.
Deputat qeyd etdi ki, bu məsələnin həllini tapması vacibdir: “Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 minə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır”.
Ə.Məsimli çıxışında regionlarda yeni iş yerlərinin yaradılmasını da təklif etdi.
Qeyd edək ki, koronavirusla bağlı 190 manatlıq birdəfəlik ödənişlər aprel və may ayları üçün nəzərdə tutulub. (Musavat)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı