Azərbaycan İdeyası

Deputat nazirləri parlamentə çağırdı, bankların bağlanmasına qarşı çıxdı

Tarix:2-06-2020, 17:10
Baxış Sayı:101


“Dövlət büdcəsi Maliyyə Nazirliyinin vəsaiti deyil. Amma iclasa yalnız maliyyə naziri gəlir və sualları cavablandırır”.
Korrupsiya-q.az-ın xəbərinə görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov 2019-cu ilin büdcəsinin icrası barədə sənədin müzakirəsi zamanı deyib.
O bildirib ki, büdcə müzakirələrində digər aidiyyəti nazirliklər də iştirak etməlidir.
“Elə məsələ var ki, ona digər hökumət üzvləri cavab verməlidirlər. Təklif edirəm ki, büdcə müzakirəsinə digər qurumların rəhbərləri də qatılsın. Məsələn, bank sektoru ilə bağlı elə suallar var ki, buna başqa aidiyyəti qurumlar cavab verə bilər”, - deyə V.Əhmədov əlavə edib.
Deputat onu da söyləyib ki, Azərbaycanda bank sektoru ilə bağlı problemlər qalmaqdadır. O, bankların bağlanılmasına qarşı olduğunu da bildirib:
“Bankları bağlamaqdansa, Mərkəzi Bank onların birləşdirilməsi yönündə qərarlar qəbul etməlidir. Azərbaycanda son vaxtlar bağlanan dörd bankda (“Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”) 700 milyon manat əmanət var idi”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı