Azərbaycan İdeyası

Azərbaycan maliyyə böhranından necə çıxacaq? - Mərkəzi Bank, yoxsa Palata?

Tarix:17-06-2016, 19:25
Baxış Sayı:506

Azərbaycan maliyyə böhranından necə çıxacaq? - Mərkəzi Bank, yoxsa Palata?
Bu gün dünyada gedən qlobal iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Dünyada gedən çətin iqtisadi proseslərə baxmayaraq, ölkə başçısı İlham Əliyev Azərbaycanın bu durumdan üzüağ çıxacağını bildirib:

“Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. 2016-cı ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. 2016-cı il iqtisadi islahatlar ili olacaq”.

Elə bu iqtisadi islahatların nəticəsidir ki, Azərbaycanın maliyyə bazarında, bank sektorunda yaranan problemlərin aradan qaldırılması üçün ölkə başçısının müvafiq sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bununla da Mərkəzi Bankın bir çox səlahiyyətləri məhz Palataya dövr edildi.

Maraqlıdır, hazırki situasiyada hansı qurum Azərbaycanın iqtisadi durumunu, bank sektorunu ağır vəziyyətdən çıxarmaq iqtidarındadır.

Modern.az saytının sualını Milli Məclisin deputatları cavablandırıb:

Deputat Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasında güclü kadr potensialının olduğunu deyib:
“Keçən 1,5 ay ərzində hiss etdim ki, Palata faktiki olaraq bank sisteminin diaqnostikasını həyata keçirir, artıq banklarda olan vəziyyəti bilirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası daha çox bu sahəyə nəzarət mexanizmini həyata keçirir. Amma əlbəttə, Mərkəzi Bankla bir yerdə işləməlidirlər. Çünki vəsait Mərkəzi Bankdadır. Yalnız Palatanın təqdimatı əsasında Mərkəzi Bank hansısa banka vəsait ayıra bilər.

Ümumilikdə, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçən müddət ərzindəki fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, yaxın zamanda Palata görülən işlər barədə ictimaiyyətə məlumat verəcək. O cümlədən, bildiyiniz kimi, bizim bir sıra təkliflərimiz var. O təklifləri də müzakirə obyekti edib, cavab verəcəklərinə inanıram. Mənim Palatanın sədri Rüfət Aslanlı ilə görüşlərim olub. Onların qarşıda görəcəkləri işlər barədə məlumatlıyam. Buna görə də Maliyyə Bazarlarına Nəzarət Palatasına inamım çoxdur”.

Parlament digər üzvü Aydın Mirzəzadə bildirib ki, bu gün ölkəmizdə yaşanan iqtisadi çətinliklər dünyada gedən qlobal böhranla bağlıdır:

“Azərbaycan az-az ölkələrdəndir ki, atdığı səmərəli addımlar həmin çətinliklərin səviyyəsini azaldıb. Vəziyyətdən çıxmağa gəlincə, hesab edirəm ki, burada cənab Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət böyük rol oynayır.

Yəni, Prezidentin bu məsələni ciddi nəzarət altına alması, ciddi struktur dəyişiklikləri etməsi, Mərkəzi Bankın funksiyalarının bir hissəsini Maliyyə Bazarlarına Nəzarət Palatası yaradaraq, ona verməsi və bununla da baş bankın sırf öz sahəsilə məşğul olması üçün şərait yaratması situasiyanı nəzarət altına almağa imkan verdi.

Hesab edirəm ki, Prezidentin iqtisadi məsələlərdə rəhbər tutduğu bugünkü prinsiplər, atdığı addımlar, aparılan təşkilati işlər iqtisadi böhrandan tezliklə və az zərərlə çıxmağımıza imkan verəcək. Bu gün aparılan siyasət çərçivəsində həm Mərkəzi Bank, həm Maliyyə Bazarlarına Nəzarət Palatasının manatın məzənnəsinin sabitləşməsi istiqamətində atdığı addımlar Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxarır. Məsələn, bu yaxınlarda diqqətimi may ayında Mərkəzi Bankın 160 milyon dollar gəlir əldə etməsi cəlb etdi. Hansı ki, əvvəllər hər ay Mərkəzi Bank 100 milyonlarla dollar zərərə düşürdü.

Ümumən götürdükdə, hesab edirəm ki, Prezidentin apardığı siyasət və bu siyasət çərçivəsində maliyyə sahəsinə aid 2 vacib qurum öz işlərinə məsuliyyətlə yanaşırlar”.

Prezidentin də təsdiq etdiyi və həllinə çalışdığı məsələyə deputat Siyavuş Novruzov özünəməxsus tərzdə münasibət bildirib. O, Azərbaycanda hər hansı iqtisadi çətinlik yaşanmadığını deyərək, “bunu hardan çıxarırsınız, Azərbaycanda heç bir çətinlik yoxdur. Özünüzdən belə şeylər uydurmayın”,- deyib.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."