Azərbaycan İdeyası

Hər bir ailəyə 300 manat veriləcək? - AÇIQLAMA

Tarix:30-07-2020, 08:52
Baxış Sayı:89



"Hər bir ailəyə 300 manat verilsin".

Korr qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun fikrincə, bu təklif Qurban bayramı ərəfəsində bütün ailələrin sevincinə səbəb olar:
"İyul ayı üçün əhaliyə yardım verilməyib. Avqust ayını da daxil etməklə hər ailəyə heç olmasa 300 manat yardım edilsin. Biz desək ki, gətirilən heyvanlar və əti ucuz satılsın, bu alınmayacaq. Kəndlilər çalışır ki, ildə bir dəfə normal gəlir əldə edib öz problemlərini həll etsin. Onsuz da ildə bir dəfə əldə olunan gəlirdən problem həll etmək mümkün deyil. Yəni, bu bahalıq dövründə onlar da əldə etdikləri qazancla öz ailəsinin sosial durumunu təmin etsinlər. Azərbaycanda ət istehsalı baha başa gəlir. Bunun da səbəbi var, örüş əraziləri əkin sahələrinə verilib, ot qıtlığı yaranıb, otun, yemin qiyməti bahadır. Xaricdən gətirilən heyvanlar da monopoliyadadır, əksəriyyəti yüksək vəzifəli adamlardır. Onların da iştahı böyükdür. Odur ki, əti ucuzlaşdırmaq mümkün olmayacaq".
Ekspert hesab edir ki, bu bayramda dövlət mütləq addım atmalıdır: "Bu, istehsalı stimullaşdıracaq. Əhalinin durumu çox pisdir. Pandemiya dövründə əhalinin bir hissəsi işə çıxa bilmir. Xüsusi xidmət sahələrində çalışanlar və əhalinin işsiz hissəsinin heç yerdən gəliri yoxdur. Ən yaxşı çıxış yolu hər ailəyə 300 manat yardım etməkdir. Bu da problem deyil. Ölkədə 2 milyon ailə var. Məncə, bu ən yaxşı təklif ola bilər".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı