Azərbaycan İdeyası

Ət bahalaşacaqmı? - Nazirlikdən rəsmi açıqlama

Tarix:29-08-2016, 13:53
Baxış Sayı:505

Ət bahalaşacaqmı? - Nazirlikdən rəsmi açıqlama
Qurban bayramı ərəfəsində ətin qiymətində bahalaşma müşahidə olunacağı ilə bağlı kütləvi informasiya vasitlərində yayılan məlumatlara Nazirlikdən reaksiya gəldi.

BiG.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Sonxeber.az-a açıqlamasında əvvəlki illərdə olduğu kimi bu ildə qurban bayramı ərəfəsində müəyyən tədbirlər görüləcəyini deyib.

Onun sözlərinə görə, qurban bayramı günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. DBNX-nın mütəxəssisləri bütün kəsim məntəqələrinə ətin keyfiyyətini yoxlamaq üçün cəlb olunacaqlar. Ətin qiymətinə gəldikdə isə bayram günlərində ətin qiymətinin qalxmasına əsas yoxdur. Otun yemin qiymətində elə bir artım yoxdur. Çünki bu il hava şəraitinin əlverişli keçməsi yem istehsalında və otlaq sahələrində yem istehsalında artıma səbəb olub.

M.Hacıyev ətin qiyməti hər il 50 qəpiklə, 1 manat arasında dəyişdiyini bildirib. Bununla əlaqədar olaraq ətin qiymətinin qalxması ilə bağlı ciddi əsas yoxdur.

"Belə ki qiymət bəzi yerlərdə 8 manat, 8 manat 50 qəpik arasında dəyişir. Bu cür enmə və qalxma müşahidə olunur. Bu da mövsümlə əlaqəli vəziyyətdir. Ətin qiymətində ciddi artım olmayacaq. Qiyməti bazar tənzimlədiyindən proses tələb-təklif əsasında müəyyənləşir".
Ümumilikdə isə heyvanların artması, hava şəraitinin yağmurlu keçməsi ilə bağlı yem sahəsinin möhkəmlənməsi üçün zəmin yaranıb. Mal əti 7 manat, 7 man 50 qəpik, dana əti 8 manat, 8 man 50 qəpik, quzu əti 8-9 manat arasında dəyişir.

Qeyd edək ki, qurban bayramı ərəfəsində ətin qiymətində bahalaşma müşahidə olunacağı ilə bağlı bır sıra kütləvi informasiya vasitələrində xəbərlər yayılıb. Paytaxtdakı qəssablar qiymət artımını rayondan mal qaranı baha almaqları ilə əlaqələndirirlər. Rayondakılar isə qıtlığı səbəb göstərirlər. Təssərrüfat sahibləri, habelə qəssablar bunu otun və yemin qiymətinin artımı ilə əlaqəlndirirlər.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI