Azərbaycan İdeyası

“Sədərək”in sahibi dəyişir: Əvvəlki “yiyəsi” Ramiz Mehdiyevin himayəsində olub

Tarix:2-09-2020, 14:32
Baxış Sayı:462


Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Korrupsiya-q.az xəbər verir ki, dünən “Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə xəbər yayılıb.
Həmin məlumat hələ ki, təkzib olunmayıb və bu heç mümkün də deyil. Çünki ortada sözügedən obyektin fəaliyyət göstərdiyini təsdiq edən videogörüntü var.
Maraqlıdır ki, “Binə” bazarının işləməsinə baxmayaraq onun yaxınlığında yerləşən “Sədərək” Ticarət Mərkəzi fəaliyyətsiz qalıb.
Elə bazarın fəaliyyət göstərməsi faktının üzə çıxmasında “Sədərək”də çalışan sahibkarların rolu olub. Məhz onlar “Binə”nin fəaliyyət göstərməsi barədə məlumatı mediaya ötürərək bu ikili standarta aydınlıq gətirilməsini istəyiblər.
“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimovdur. O, Azərbaycan hakimiyyətində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslərə yaxınlığı ilə seçilir.
Mediada yazılanlara görə Yusif Qədimov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin himayəsi altında fəaliyyət göstərib.
Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Bütün bu amillər uzun illər Yusif Qədimovu toxunulmaz edib. Hətta o dərəcədə ki, mediada “Sədərək” bazarı barədə bir cümlə tənqid belə yazmaq mümkün olmayıb.
Bəzi iddialara görə, Yusif Qədimovun himayəçiliyi zəiflədildikdən sonra o, “Sədərək” Ticarət Mərkəzini itirmək təhlükəsi ilə üzləşib.
“Binə” bazarından fərqli olaraq “Sədərək”in fəaliyyətsiz qalması da bununla izah edilir. Amma maraqlıdır ki, bazar fəaliyyət göstərməsə də sahibkarlardan icarə haqqı tələb edilir.(Yenixeber.az)

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı