Azərbaycan İdeyası

Günün pik saatlarında sərnişindaşımalara daha 70 avtobus cəlb olunacaq - FOTO

Tarix:19-10-2020, 11:06
Baxış Sayı:88

Metro ilə sərnişindaşımalar müvəqqəti dayandırıldığından hazırda Bakı şəhərində sərnişindaşımaları avtobuslarla həyata keçirilir. Sərnişin axınının vaxtında və düzgün idarə olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi nəqliyyat planı hazırlayıb.
Bununla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, plana əsasən hazırda sərnişindaşımaları üzrə 153 müntəzəm və 10 ekspress marşrut xətti xidmət göstərir. Bu xətlər üzrə ümumilikdə 2100 ədədə yaxın avtobus cəlb olunub ki, bu da adi rejimlə müqayisədə 13-15 faiz çoxdur. Daha 70 ədəd avtobus isə ehtiyat olaraq səhər və axşam pik saatlarında daşımalara cəlb olunacaq.
Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət var. Belə ki, bu gün səhər aparılan müşahidələr də onu göstərir ki, gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasını və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir.
Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır. Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir.
Qeyd edək ki, sərnişindaşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 20 nəfərdən çox əməkdaşı iştirak edir. Bundan əlavə sərnişin axını yüksək olan 30-dan çox dayanacaq məntəqəsində 120 nəfərdən artıq nəzarətçi xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı