Azərbaycan İdeyası

BNA: Həftəsonu 13 istiqamət üzrə sərnişindaşımalar icra edilib

Tarix:8-06-2020, 17:07
Baxış Sayı:110


Sərt karantin rejiminin tətbiq olunduğu 6-7 iyun 2020-ci il tarixlərində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin olunub.
Bakı Nəqliyyat Agentliyindən Qazet.az-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişindaşımaları icra edilib. Daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb.
8-iyun səhər saat 06:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20 % artıqdır. Həmçinin, sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalaırna anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı