Azərbaycan İdeyası

Benzinin qiymətinin qalxması maşın bazarına NECƏ TƏSİR EDƏCƏK? - AÇIQLAMA

Tarix:6-01-2021, 11:54
Baxış Sayı:110


Xəbər verdiyimiz kimi, Tarif Şurası yanvarın 5-dən Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Bəs yanacaq qiymətindəki bu dəyişiklikdən sonra avtomobil qiymətlərində hansı dəyişikliklər baş verə bilər?
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə belə hesab edir ki, Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsinin avtomobil qiymətlərinə ciddi təsir etməyəcək: “Avtomobillərin qiymətinə əsasən müyyən qərarlar təsir göstərə bilər. Tutaq ki, idxala tətbiq olunan müəyyən məhdudiyyətlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli isə açıqlamasında bildirdi ki,nəqliyyatın xərcləri yalnız yanacaqla bağlı deyil. ''Benzin qiymətinin yüksəlməsi gözlənilən idi. Ötən illərlə müqayisədə 2020-ci ildə bu yanacağa olan tələbat azalıb. Getdikcə də azalacaq. Bunun neftlə, dollarla heç bir əlaqəsi yoxdur.
Taksi şirkətlərinin məsul şəxsləri qiymət artımı edərkən, yanacağın bahalaşmasını əsas gətirə bilməzlər.
Məsələn, indi xüsusilə avtomobillərin servis qiymətləri ucuzlaşıb. Mühərrikin yağını dəyişmək, hansısa ehtiyat hissəsini almaq və s. indi daha da ucuzlaşıb. Rəsmi dillerlər buna daha da önəm verir. Məhz bu kimi xüsuslara görə, taksilərdə qiymət artımı olmamalıdır. Bundan əlavə, bahalaşma avtomobillərin rahatlığına və digər xüsusiyyətlərinə görə də təyin edilir".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı