Azərbaycan İdeyası

Azərbaycanda çörəyin qiymətinin 5 qəpik bahalaşması ilə AÇIQLAMA

Tarix:22-01-2021, 10:30
Baxış Sayı:127


Azərbaycanda benzinin və dizelin qiyməti qalxdıqdan sonra çörəyin də bahalaşacağı ilə bağlı iddialar var idi. Artıq çörəyin çəkisində azalmalar müşahidə olunur. Bu gün səsləndirilən iddialardan biri də çörəyin qiymətin 5 qəpik bahalaşacağıdır. Azərbaycanda çörəyin qiyməti 5 qəpik bahalaşacaq?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əgər çörəyin çəkisi azalıbsa, bunun özü qiymət artımı deməkdir:
"Hazırda bütün məhsullarda olduğu kimi çörəyin də maya dəyərində, yəni daşınmasında xərclər artıb. Həm də ərzaq buğdasının idxalçısıyıq. Dünya bazarında da ərzaq buğdasının qiyməti artıb. Bizim ehtiyatlarımız olsa da dünya bazarını izləyən sahibkarlar onun psixoloji təsiri altında unun, buğdanın qiymətini qaldırırlar. Bunların hamısı çörəyin qiymətinə təsir edir. Çörəyin qiymətinin 5 qəpik bahalaşması ehtimalı böyükdür. Düzdür, qiymət artımının nə qədər olacağı ilə bağlı konkret fikir səsləndirmək üçün müəyyən hesablanmaların aparılması vacibdir.
Düşünürəm ki, bugünkü şəraitdə çörəyin qiyməti bahalaşacaq. Çörəyin qiymətinin qalxması iqtisadi əsasları var. Digər inzibati yollarla çörəyin qiymətinin qalxmamasına çalışılır. Xatırlayırsınız ki, idxal buğdasını əlavə gəlir vergisindən azad etdi. Ona görə də bu gün çörəyin qiymətinin qalxması onun qiymətində təzahür edir".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı